Dünya futbolu

Ən bahalı futbolçulardan ibarət komanda: “11-lik” görün kimlər var

Məşhur “Transfermarkt” portalı son yeniləmələrin nəticələrinə əsasən dünyanın ən bahalı futbolçularından ibarət komandasını tərtib edib.

Aut.az xəbər verir ki, “11-liy”in ümumi dəyəri 1,4 milyard avro təşkil edib. Heyətdə “Real”ın futbolçuları üstünlük təşkil edib – 4 oyunçu.

Komandadakı ən bahalı futbolçular 200 milyon avro dəyərə malik olan Madrid klubunun vingeri Vinisius Junior və “Mançester Siti”nin forvardı Erlinq Haalanddır.

Qapıçı: Qreqor Kobel (Borussiya Dortmund) – 40 milyon avro.

Müdafiəçilər: Uilyam Saliba (Arsenal) – 80 milyon avro, Alessandro Bastoni (İnter) – 80 milyon avro, Qabriel Maqalhaes (Arsenal) – 75 milyon avro.

Yarımmüdafiəçilər: Federico Valverde (Real) – 130 milyon avro, Cude Bellingem (Real) – 180 milyon avro, Florian Virts (Bayer Leverkuzen) – 140 milyon avro.

Hücumçular: Lamin Yamal (Barselona) – 180 milyon avro, Vinisius Junior (Real) – 200 milyon avro, Erlinq Haaland (Mançester Siti) – 200 milyon avro, Kilian Mbappe (Real) – 170 milyon avro.

Aut.az