Dünya futbolu

Mançinini qovan ərəblər onu qaytarırlar

İtaliyalı mütəxəssis Roberto Mançininin Səudiyyə Ərəbistanı millisinin baş məşqçi postundan qovulduğu haqda məlumat vermişdik.

Aut.az xəbər verir ki, ölkənin futbol rəhbərliyi artıq aktiv şəkildə alternativ axtarmağa başlayıb.

İtalyan insayder Nikolo Skiranın yazdığı kimi, variantlardan biri bir vaxtlar səudiyyəlilərə rəhbərlik etmiş fransız mütəxəssis Herve Renardın geri qayıtmasıdır.

Qeyd edək ki, Rerar 2019-2023-cü illərdə Səudiyyə Ərəbistanı millisində çalışıb. Daha sonra Herve Fransanın qadınlardan ibarət komandasına rəhbərlik edib.

Aut.az