Dünya futbolu

Kərimin qolu liderliyi təmin etdi –VİDEO

Səudiyyə Ərəbistanı çempionatının 6-cı turunun matçında Kərim Benzemanın qolu “Əl-İttihad”a qələbə qazandırıb.

Fransalı forvardın 72-ci dəqiqədə vurduğu qol “Əl-Əhdud” klubu ilə görüşdə yeganə olub.

“Əl-İttihad” mümkün 18 xaldan 15 xal toplayaraq çempionatda liderliyə yüksəlib.

Benzema cari çempionatda 6 oyun keçirib və 3 qol vurub, həmçinin Ərəb Çempionlar Liqasında 4 oyunda 3 qol vurub.

Səudiyyə Ərəbistanı çempionatı

6-cı tur, 14 sentyabr

Əl-Əhdud – Əl-İttihad – 0:1

Qol: Benzema, 72 dəq.