“Zenit” Rusiyanın ən titullu komandası oldu
Bu gün, 17 may tarixində Rusiya Premyer Liqasının 2025/2026 mövsümünə yekun vurulub.
Aut.az xəbər verir ki, Sankt-Peterburqun “Zenit” komandası son turda səfərdə “Rostov”u 1:0 hesabı ilə məğlub edərək Rusiya çempionu olub.
Sergey Semakın komandası mövsümü ikinci yeri tutan “Krasnodar”dan iki xal öndə tamamlayıb.
Beləliklə, “Zenit” Moskva “Spartak” ını geridə qoyaraq Rusiya çempionatı tarixində ən çox titul qazanan klub olub.
“Zenit” Rusiya çempionatını 11 dəfə (2007, 2010, 2011/12, 2014/15, 2018/19, 2019/20, 2020/21, 2021/22, 2022/23, 2023/24, 2025/26), ” Spartak” isə 10 dəfə (1992, 1993, 1994, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2016/17) qazanıb.
Moskva ÇSKA bu göstəricidə üçüncü yerdədir – 6 çempionluq (2003, 2005, 2006, 2012/13, 2013/14, 2015/16).
Moskvanın “Lokomotiv” komandası Rusiya çempionatını üç dəfə (2002, 2004, 2017/18), Kazanın “Rubin” komandası iki dəfə (2008, 2009), Vladiqafqazın “Spartak-Alaniya” komandası bir dəfə (1995) və “Krasnodar” bir dəfə (2024/25) qazanıb.
Aut.az
