“Barsa”nın almaq, “Siti”nin qazanmaq niyyəti var
“Barselona” icarə əsasında heyətində çıxış edən Joao Kanselonu tam hüquqla almaq istəyir.
Aut.az xəbər verir ki, La Liqa təmsilçisi “Mançester Siti”dən icarəyə götürdüyü yarımmüdafiəçinin oyunundan razıdır. Bu barədə 29 yaşlı futbolçunun agenti Jorje Mendeşə məlumat verilib.
Baş məşqçi Pep Qvardiolayla yola getməyən portuqaliya futbolçunun satılmasını istəyən “Siti” rəhbərliyi bu məsələyə isti yanaşır. Ancaq “şəhərlilər” Kanselonun transferindən ən azı 50 milyon avro gəlir əldə etmək istəyirlər. “Barsa” isə 25 milyon avro ödəməyə hazırdır. Kataloniya təmilçisinin rəhbərliyi əlavə bonuslar hesabına bu keçidi həll etmək istəyir.
Qeyd edək ki, bu mövsüm “Barselona” forması ilə 9 oyuna çıxan Joao 2 qol və 1 məhsuldar ötürmə edib.
