İngiltərə

Amorim bu 4 futbolçunu “qara siyahı”ya saldı

Dörd oyunçu bu yay “Mançester Yunayted”i tərk edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Give Me Sport” məlumat yayıb.

Qeyd olunur ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim artıq Andre Onana, Kazemiro, Lyuk Şou və Rasmus Haylundla hesablaşmır.

Bu futbolçuların hamısı mayın 21-də “Tottenhem”ə 0:1 hesablı məğlubiyyətlə başa çatan Avropa Liqasının finalında start heyətində yer alıb.

Aut.az