Onunla “Yunayted” maraqlanır: Amma klubu birdəfəlik 2 milyon ödəsə…
Ancelo Ştiller “Ştutqart”dan “Mançester Yunayted”ə keçə bilər.
Aut.az xəbər verir ki, 24 yaşlı alman yarımmüdafiəçi hazırkı klubundan razı olsa da, gələn yay yeni addım atmağa da hazırdır. Futbolçu ilə “Mançester Yunayted” maraqlanır.
“Sky Sport News”un jurnalisti Dennis Bayerin sözlərinə görə, Ştillerin müqaviləsində sərbəst qalma maddəsi var, lakin “Ştutqart” ona birdəfəlik 2 milyon avro ödəyərsə, bu seçimi ləğv etmək hüququna malikdir.
Bundan sonra klub Ştiller üçün daha yüksək transfer haqqı tələb edə biləcək. “Ştutqart” futbolçunu 50 milyon avro dəyərində qiymətləndirir .
Ştiller bu mövsüm Bundesliqada 7 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aut.az
