Dünya futbolu

Millimizin üzvü qol vurdu

Niderland birinci divizionda 10-cu turuna yekun vurulub.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Özancan Kökçünün çıxış etdiyi “Eyndhoven” “Yonq PSV”nin qonağı olub.

Qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Start heyətində meydana çıxan Kökçü 81-ci dəqiqədə komandasının qələbə qolunu vurub.Hazırda “Eyndhoven” 20 xalla 4-cü pillədədir.