Çempionlar Liqasıİngiltərə

Sadəcə məni sındırdı: Terri o penalti zərbəsini xatırladı

Con Terri Çempionlar Liqasının finalında penaltilər seriyası zamanı qaçırdığı penaltidən danışıb.

“Çelsi”nin müdafiəçisi 2007/08 Çempionlar Liqası mövsümünü finalında “Mançester Yunayted”lə oyunda komandasına qələbə qazandıra biləcək penaltini qaçırmışdı.

Aut.az xəbər verir ki, Terri həmin məqam haqda İngiltərə mətbuatına danışıb.

“Bu, qazanılması ən çətin olan kubokdur və finala çıxmaq hamı üçün çox şey deməkdir.

Çempionlar Liqasının finalında öz ölkəsinin təmsilçisi ilə oynamaq qəribə idi, amma matç çətin və yorucu idi.

Mən penaltini vuracaq ilk beş oyunçudan biri olmamalıydım, amma Didye Droqba qırmızı vərəqə aldı.

Mən hələ də o səhv haqqında düşünürəm. Əvvəlki kimi tez-tez deyil, amma yenə də bu barədə düşünərək oyanıram. Həmin an gözümün qabağındadır.

Karyeranıza nəzər saldıqda, kuboklar çox şey ifadə edir, ancaq əldən verdiyiniz məqamlar sizi təqib edə bilər və mən bunu heç vaxt unutmayacağam. Bu, sadəcə məni sındırdı. Daha sonra 2012-ci ildə Çempionlar Liqasını qazanmağımız o yaraya məlhəm oldu”, – Terri deyib.

Aut.az