İspaniya

Qol sevincini niyə elə qeyd edib? – Təsirli FOTO

İspaniya kubokunun qalibi olan “Real”ın futbolçusu Rodriqo dulb etməklə komandasının uğurunda əsas pay sahibi oldu. O, vurduğu ikinci qolu qeyri-adi şəkildə qeyd etdi ki, bu da, maraqla qarşılandı.

Aut.az xəbər verir ki, braziliyalı vingerin bu jestinin arxasında təsirli əhvalat var. Rodriqonun özü bu barədə danışıb:

“Bu qolu Xueqaterapiyada ziyarət etdiyim İqnasioya həsr etdim. Bu yer xərçəngli uşaqlara xidmət edir. Onları görməyə, hədiyyələr verməyə getdim. Sonra İqnasio məndən qol vursam, adının ilk hərfini göstərərək bu jesti göstərməyimi istədi. İkinci qol ona həsr olunub”.

Qol sevincini niyə elə qeyd edib? - Təsirli FOTO

Qol sevincini niyə elə qeyd edib? - Təsirli FOTO