“Turan Tovuz”da kadr islahatı başlayır: Oqtay Abdullayev gedir
Mövsüm sonunda “Turan Tovuz”un rəhbərliyində dəyişikliklər olacağı barədə məlumat vermişdik. Bildirmişdik ki, klubun idarəsi tam olaraq hazırkı sponsor, “Huner Group”un təsisçisi Ehtiram Quliyevin nəzarətinə keçəcək.
Aut.az-ın əldə etdiyi məlumata görə, bundan sonra Tovuz təmsilçisində ciddi dəyişiklər baş verəcək, kadr islahatları aparılacaq.
Əsas dəyişiklik klubun prezidenti postu ilə bağlı olacaq. Hazırda bu vəzifədə çalışan Oqtay Abdullayevlə yollar ayrılacaq. Veteran futbolçu artıq bunu hiss etməyə başlayıb. Abdullayev klubun bazasına əvvəlki kimi mütəmadi olaraq gəlmir. “Sabah”la ev oyununa ümumiyyətlə yollanmayan prezident “Neftçi” ilə matçın final fitindən dərhal sonra Tovuzu tərk edib.
“Turan Tovuz”un yeni idarəçilərinin planlarında prezident vəzifəsi nəzərdə tutulmur, ola bilsin ki, bu post ləğv edilsin və ya idarəetmə bacarığı olan gənc kadrlarından birinə həvalə edilsin.
Aut.az
