Tovuzda yer tapılmadı, stadionu seçki məntəqəsi etdilər – FOTO
Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçiriləcək.
Aut.az xəbər verir ki, seçicilərin səs verəcəyi məntəqələrdən biri də Tovuz şəhər stadionudur. Arenanın inzibati binasının bir hissəsi seçkilər üçün ayrılıb.
Stadion Tovuz rayon İcra Hakimiyyətinin tabeliyindədir. Burada da bir sıra bölgələrdə olduğu kimi şəhər stadionundan seçki məntəqəsi kimi istifadə edilməsi qərara alınıb.

