Onu qəbul etmədilər, fitə basdılar
“İnter”in yarımmüdafiəçisi Xuan Kuadrado debüt oyununda “neradzurri” azarkeşləri tərəfindən fitə basılıb.
Aut.az xəbər verir ki, kolumbiyalı cinah yarımmüdafiəçisi A Seriyasının 1-ci turunda “Montsa” ilə oyunun (2:0) ikinci hissəsində meydana daxil olub.
Kuadrado 67-ci dəqiqədə meydana daxil olarkən, azarkeşlər “Yuventus”un keçmiş ulduzunu fit çalaraq qarşılayıblar.
Kuadradonun azad agent kimi “İnter”ə keçməsi “neradzurri” azarkeşlərinin qəzəbinə səbəb olub. Çünki 35 yaşlı futbolçu bir neçə il “Yuventus”da keçirib və milanlılara qarşı bir çox oyunlarda münaqişələrə səbəb olub.
