Etiraf: Öz döyüşünə mərc edir
Ağır çəkidə sabiq UFC çempionu Aljameyn Sterlinq özünün çıxdığı döyüşlərə mərc etdiyini etiraf edib.
“Mən özü oyunuma yatırım edirəm. Məndən soruşsanız ki, bunu hər dəfə edirəm, cavab verəcəm ki, bəli, hər döyüşdə edirəm.
Bu mənim yanaşmamdır. Mən sizə pulunuzla nə edəcəyiniz haqda heç nə demirəm, amma mənim pulumla etdiyim budur. Özümə mərc edirəm, balam, özümə mərc edirəm”, – deyə Aljameyn “YouTube” kanalında deyib.
Avqustun 20-nə keçən gecə Sterlinq Şon O’Malli ilə döyüşüb və sensasiyalı şəkildə nokautla məğlub olub.
Bu o deməkdir ki, Sterlinqə ikiqat zərbə dəyib, həm rinqdə uduzub, həm də mərcdə.
Aut.az
