Kişilərlə qadınlar döyüşəcək?
Tanınmış idmançı Xorxe Masvidal maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, sabiq UFC döyüşçüsü qadınlar və transgenderlərin kişi idmançılarla mümkün döyüşü barədə danışıb. O bildirib ki, bu fikr təsəvvür belə edilə bilməz.
“Peşəkar karyeramın 28 ili ərzində kişilər və qadınlarla birlikdə məşq edəndə nəyin necə olduğunu görmüşəm. Bu, fərqli bir güc növüdür. Hər şey fərqlidir. Testosteron, sümük sıxlığı… Mən heç vaxt qadını vurmazdım. Kişinin qadınla döyüşməsinə icazə verməkdənsə, şirkəti müflis etməyi üstün tuturam.
Bir qadın əks bölməyə keçmək istəyirsə, o, özünü bütün zamanların ən böyük qadın döyüşçüsü hesab edir. Buna görə də kişilərlə döyüşmək istəyir. Bu, trans döyüşçü kimidir, Başqa bir transla mübarizə apardığınız müddətcə heç bir problem yoxdur”.
Qeyd edək ki, bəzi döyüş təşkilatları “gender bərabərliyi” adı altında qadın və kişi idmançıların döyüşünu təşkil etməyi planlaşdırır.
