Qaydasız döyüş

UFC Ağ Evdə keçiriləcək turnirə bu qədər xərcləyəcək

UFC Ağ evdə keçiriləcək turnirin təşkili üçün 60 milyon dollara qədər vəsait xərcləyəcək.

Aut.az xəbər verir ki, bu barədə “MMA Fighting” portalı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, turnirin keçirilməsi üçün Ağ evin cənub çəmənliyində oktaqon və tamaşaçılar üçün tribunalar qurulacaq. Döyüşçülərin qarşılaşma yerinə Oval ofisdən çıxaraq gələcəyi gözlənilir.

UFC Ağ ev turniri 14 iyunda keçiriləcək və bu tədbir ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunacaq.

Aut.az