Şok iddia: Görün Salah özünü hansı kluba təklif edib?
“Liverpul”un hücumçusu Məhəmməd Salah karyerasını “Barselona”da davam etdirmək istəyir.
Aut.az xəbər verir ki, bu iddianı “Sport Diario” yayıb. Bildirilir ki, misirli futbolçu artıq öz xidmətini Kataloniya klubuna təklif edib.
Mənbənin sözlərinə görə, Salah, İspaniya nəhənginin La Liqanın maliyyə tələblərini ödəyə bilməsi üçün maaşını əhəmiyyətli dərəcədə azaltmalı olacaq.
Salah bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 30 qol vurub və 22 məhsuldar ötürmə edib.
Aut.az
