Əfsanə yığmanı yıxıb-sürüdü – Zibildir
İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker komandanın 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Danimarka ilə oyunundakı (1:1) çıxışını tənqid edib.
Aut.az xəbər verir ki, Linekerdən Goal.com sitat gətirib.
“İstəsəniz, fərqli sözlər və söyüşlər işlədə bilərsiniz, amma bu, zibil idi… Biz bunu başqa turnirlərdə də görmüşük. İngiltərə yaxşı başlayır, sonra qol vururlar və hər şey dəyişir. Bu, demək olar ki, taktika kimidir: qol vur və ondan yapış… Onlara başqa cür oynamaq öyrədilməyibmi?” – Lineker deyib.
Hazırda C qrupunun turnir cədvəlinə dörd xalla İngiltərə başçılıq edir. Qrup mərhələsinin son oyununda İngiltərə Sloveniya ilə qarşılaşacaq. Oyun iyunun 25-də baş tutacaq.
Aut.az
