Digər

Komanda yoldaşına təcavüz edən milli üzvlərinə yüngül cəza verildi

Cənubi Koreya Konkisürmə Federasiyası (KSU) fiqurlu konkisürmə üzrə milli komandanın iki üzvünü diskvalifikasiya etmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qeyd olunur ki, mayın 15-dən 28-dək İtaliyada baş tutan təlim-məşq toplanışı zamanı böyüklərdən ibarət komandanın iki konkiseri spirtli içki qəbul edib. Bundan əlavə, onlardan biri qadın komandasının iqamətgahına daxil olaraq gənc həmkarına cinsi təcavüz edib. Digəri isə intim fotolar çəkdirib.

Birinci skater üç il, ikinci bir il müddətinə idmandan kənarlaşdırılıb və kiçik töhmət verilib. Hadisəni törədənlərin şəxsiyyəti açıqlanmır.

Aut.az