Qaydasız döyüş

Makqreqor buna görə döyüşdən çəkilib

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor təşkilatın 303-cü turnirindən imtina etməsinin səbəbini açıqlayıb.

Aut.az xəbər verir ki, irlandiyalı döyüşçü bu barədə sosial şəbəkə hesabında yazıb:

“Biz bu döyüşə hazır idik, bunu qəbul etmək sadəcə ağrılıdır. Mən yeni “Bugatti” istəyirəm, döyüşdən pul qazanmıramsa, indi onu almağa necə haqq qazanım?

Konsentrasiyanı itirdim və tam qoruyucu vasitələr olmadan məşqdə iştirak etdim, ayağımı dirsəyimə vurdum və barmağımı sındırdım”

Qeyd edək ki, Makqreqor iyunun 29-da keçiriləcək turnirdə Maykl Çandlerlə döyüşməli idi. O, bununla 3 illik fasilədən sonra oktaqona qayıdacaqdı. Lakin keçən həftə döyüşdən imtina edib. Ancaq bunun səbəbi açıqlanmamışdı.

Aut.az