UFC-də 21 illik seriya qırıldı
Amerikalı MMA döyüşçüsü Con Cons təqaüdə çıxıb və ağır çəkidə UFC çempionluq kəmərini boşaldıb.
Aut.az xəbər verir ki, onun varisi müvəqqəti kəmər sahibi olan ingilis Tom Aspinall olub.
Bu dəyişiklik nəticəsində UFC-də ABŞ-dan kəmər sahibləri yoxdur. Bu vəziyyət sonuncu dəfə 2004-cü ildə, UFC-nin cəmi dörd bölməsi olduğu vaxt müşahidə olunub.
Amerikalılar arasında öz çəki dərəcələrində “ilk üçlük”də olan döyüşçülər Brendon Royval, Şon Bredi, Şon Striklend və Castin Qetcidir.
Aut.az
