Bu döyüşün qalibi üçün xüsusi mükafat var: “Kral” olacaq – VİDEO
WBC, WBA və IBF versiyaları üzrə dünya çempionu Aleksandr Usiklə niderlandlı kikboksçu Riko Verhuven arasındakı döyüşün qalibi Ümumdünya Boks Şurasının (WBC) xüsusi xatirə kəməri – “Nilin Kralı” ilə mükafatlandırılacaq.
Aut.az xəbər verir ki, bu barədə “Ring Magazine” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Usiklə Verhuven arasındakı qarşılaşma mayın 23-də Misirin Giza şəhərində keçiriləcək. Döyüşdə ukraynalı çempiona məxsus WBC titulu da risk altında olacaq.
WBC president Mauricio Sulaimán has revealed a 'King of The Nile' commemorative belt for the winner of Oleksandr Usyk vs Rico Verhoeven at the Pyramids of Giza 🤩
Glory in Giza | May 23rd | LIVE on DAZN 🥊 pic.twitter.com/QIeeYeqzxD
— Ring Magazine (@ringmagazine) May 9, 2026
