Sensasion qərar: Usik bu tituldan imtina etdi
Ağır çəkidə dünya çempionu Aleksandr Usik (24-0, 15 KO) WBO titulundan imtina edib.
Aut.az xəbər verir ki, bu barədə Ümumdünya Boks Təşkilatı məlumat yayıb.
Qeyd olunur ki, WBO tituldan imtina etmək qərarına gələn ukraynalı boksçunun komandasından mesaj alınıb.
Qeyd edək ki, WBO üzrə müvəqqəti çempion Fabio Vardlidir və o, indi tam çempionluğa yüksəlməlidir.
Aut.az
