TürkiyəDünya futbolu

Sadıqov 3 rusu Türkiyə klubuna aparır

Türkiyənin “Serik Belediyespor” klubu üç rusiyalı futbolçu ilə müqavilə imzalayacaq.

Aut.az xəbər verir ki, bunlar 32 yaşlı mərkəz müdafiəçisi Kiril Qotsuk, 32 yaşlı müdafiəçi Dmitri Tixiy və 25 yaşlı hücumameyilli yarımmüdafiəçi İlya Berkovskidir.

Bu barədə “X” sosial şəbəkəsində “Ajansspor”a istinadən jurnalist Arif Yıldız məlumat verib.

Mənbənin məlumatına görə, hər üç futbolçu ilə 2 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, türkiyə klubunun sahibi azərbaycanlı iş adamı Tufan Sadıqovdur.

Aut.az