Türkiyə

“Beşiktaş” onu Fransa klubuna icarəyə verdi

“Beşiktaş”ın müdafiəçisi Valentin Rozier  “Nitsa”ya keçəcək.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Fabritsio Romano məlumat verib.

Mənbənin məlumatına görə, klublar 27 yaşlı müdafiəçini bu mövsümün sonuna qədər icarəyə götürməyə razılaşıb. Müqavilədə futbolçunun alınması öhdəliyi də yer alacaq. Futbolçu çərşənbə günü, yanvarın 17-də yeni komandasında tibbi müayinədən keçəcək.

Rozier 2020-ci ildən “Beşiktaş”da çıxış edir. Bu mövsüm müdafiəçi İstanbul komandasının heyətində bütün turnirlərdə 19 oyun keçirib və bir məhsuldar ötürmə edib. Futbolçunun klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 5 milyon avrodur.

Daha əvvəl “Beşiktaş”ın PSJ-nin yarımmüdafiəçisi Renat Sançeşlə maraqlandığı bildirilmişdi.

Aut.az