Türkiyə

Türkiyədən Luçeskuya etiraz: İrqçilikdir

Türkiyənin “Beşiktaş” klubunun müdafiəçisi Artur Masuaku Kiyev “Dinmo”sunun baş məşqçisi Mirça Luçeskunu irqçilikdə  ittiham edib.

Aut.az xəbər verir ki, Luçesku Konfrans Liqasının pley-off matçından sonra mətbuat konfransında bildirmişdi ki, Afrika yığmasına qarşı oynadıq. O, bununla “Beşiktaş”ın heyətində qaradərili futbolçuların çox olmasına işarə etmişdi.

“Onun dediklərinə diqqət ayıracaqlarmı?” – Masuaku deyib.

Xatırladaq ki, “Dinamo” “Beşiktaş”a məğlub olub – 2:3.

Aut.az