Dünya futbolu

Komandaları stimullaşdrıan klubun rəhbəri danışdı: Əsas odur ki…

“Şaxtyor”un baş direktoru Sergey Palkin hesab edir ki, futbolda stimullaşdırma normaldır. O, pul alıb mübarizə aparmağın yox, pul alıb mübarizə aparmamağın qəbahət olduğunu bildirib.

“UEFA bir komandanın digərini rəqibini məğlub etmək üçün birbaşa stimullaşdırmasına qarşıdır. Bu, UEFA-nın rəsmi mövqeyidir. Ancaq həyatda bir çox variant var. Avropada da belədir.

Əsas odur ki, əksinə olmasın, pul alıb oyunu verməsinlər”, –  Palkin Qonçarovun layihəsinə verdiyi müsahibədə deyib.

Əvvəllər məlumat yayılmışdı ki, “Şaxtyor” mövsümün sonunda “Dnepr-1”in rəqiblərini stimullaşdırıb.

Aut.az