İtaliya

“İnter” erməni ilə bağlı qərar verdi

“İnter” Ermənistan millisinin keçmiş kapitanı Henrix Mxitaryanla müqaviləni daha bir il uzatmaq barədə razılığa gəlib.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Daha əvvəl bildirilmişdi ki, erməni yarımmüdafiəçi Milan klubunda qalmaqda qərarlıdır.

Onun sözlərinə görə, yeni əmək müqaviləsinə əsasən, Mxitaryanın maaşı daha aşağı olacaq.

Henrix Mxitaryan 2025/2026 mövsümündə “İnter”də 39 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az