Çempionlar Liqası

Baş məşqçisinin əlini sıxmadı, cəzalandırıldı – Video

“Union Berlin”in hücumçusu David Datro Fofana klub tərəfindən cəzalandırılıb

Aut.az xəbər verir ki, buna səbəb isə Çempionlar Liqasının “Napoli” ilə qrup oyunu zamanı baş məşqçisi Urs Fişer əl sıxmaqdan imtina edib. Buna görə də 1 həftəlik komandaın düşərgəsindən kənarlaşdırılıb.Bu bardə “Lisa de Ruyter” məlumat yayıb.

Kot-d’İvuarlı hücumçu baş verən hadisəyə görə artıq üzr istəyib. O, əvəzetmədən çox məyus olduğunu, komandanın qələbə qazanmasına kömək etmək istədiyini, ona görə də emosiyaların nizam-intizamdan üstün olduğunu söyləyib.

Xatırladaq ki, “Union Berlin” 20 yaşlı hücumçunu “Çelsi”dən bir illik icarəyə götürüb. Bu mövsüm 11 matça çıxan David heç nə ilə yadda qalmayıb.

Aut.az