Çempionlar Liqası

İstanbulda Ukrayna bayrağını azarkeşdən kim alıb? 

UEFA Çempionlar Liqasının finalında “Mançester Siti” ilə “İnter” arasında keçirilən oyunda Ukrayna bayrağının ətrafında baş verən insidentə münasibət bildirib.

Aut.az xəbər verir ki, daha əvvəl xəbər yayılmışdı ki, matç zamanı “Mançester Siti” azarkeşlərindən birinin əlindən Ukrayna bayrağı götürülüb.

“İlk növbədə nəzərə alın ki, stadionun təhlükəsizliyi yerli təşkilatçılar və yerli polisin nəzarəti altındadır. Yerli təhlükəsizlik işçilərindən birinin bayrağı götürməsi uğursuz şəxsi təşəbbüs olub.

Türkiyə polisinin rəisinə məlumat verildikdə o, dərhal bayrağın fanata qaytarılmasını istəyib, tam videoya çıxışınız varsa, bunu saniyələr ərzində görə bilərsiniz. Nəzərə alın ki, UEFA Ukrayna bayraqlarının stadionlarda nümayişinə qadağa qoymur”, – deyə “The Guardian” UEFA nümayəndəsindən sitat gətirib.

Aut.az