Çempionlar Liqası

Çempionlar Liqası: “Fənərbağça” uduzdu

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Aut.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Bolqarıstanın “Ludoqorets” komandasını uduzub.

Türkiyənin “Fənərbağça” klubu Fransada “Lill”ə məğlub olub. Yunanıstan PAOK-u isə İsveçdə “Malmö” ilə heç-heçəyə razılaşıb.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar

6 avqust

20:00 Qarabağ – Ludoqorets (Bolqarıstan) 1:2
Qollar: Juninyo, 65 – D.Almeyda, 56, K.Vidal, 87

21:00 Malmö (İsveç) – PAOK (Yunanıstan) 2:2
Qollar: P.Yanson, 28, S.Nanasi, 67 – Tayson, 42, A.Baba, 75

21:15 Midtyulland (Danimarka) – Ferentsvaroş (Macarıstan) 2:0
Qollar: A.Buksa, 17, Frankulino, 69

22:00 Dinamo (Kiyev, Ukrayna) – Reyncers (Şotlandiya) 1:1
Qollar: A.Yarmolenko, 38 – K.Dizers, 90+4

22:00 Sparta (Çexiya) – Styaua (Rumıniya) 1:1
Qollar: V.Olatunyi, 78 – J.Dava, 61

22:30 Lill (Fransa) – Fənərbağça (Türkiyə) 2:1
Qollar: T.Santos, 12, E.Zergova, 90+1 – İ.Kahveci, 80

22:45 Zalsburq (Avstriya) – Tvente (Niderland) 2:1
Qollar: M.Kyerqaard, 41, 85 – M.Vlap, 90+1