Azərbaycan futboluÇempionlar Liqası

“Qarabağ” “Dinamo”ya məğlub oldu

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsində ilk matçına çıxıb.

Aut.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Zaqrebdə “Dinamo”nun qonağı olub.

Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasındakı cavab oyunu avqustun 28-də Bakıda keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun

20 avqust

23:00 Dinamo Zaqreb (Xorvatiya) – Qarabağ 3:0

Qollar: Pyaça, 29. Kulenoviç, 75, 80.
Baş hakim: Qlenn Nyuberq (İsveç)
“Maksimir” stadionu, Xorvatiya

“Dinamo”: İvan Nevistiç, Bruno Petkoviç, Martin Baturina, Arber Xoca, Sami Mae, Ronael Pyerre-Qabruel, Marko Pyatsa, Stefan Ristovski, Petar Suşiç, Yosip Mişiç, Kevi Teofile-Katerin

Ehtiyat oyunçular: 1. Zagoraç, 23. Filipoviç, 3. Ogivara, 4. Torrente, 6. Bernauer, 8. Kaçavenda, 17. Kulenoviç, 19. Kordoba, 30. Roq, 36. Vrbançiç, 66. Paviç, 77. Şpikiç

“Qarabağ”: 97. Fabiyan Buntiç, 3.Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66.Patrik Andrade, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo

Ehtiyat oyunçular:  12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski ,55. Bədavi Hüseynov,  30. Abbas Hüseynov,  27. Toral Bayramov, 20.Riçard Almeyda, 24.Aleksey İsayev,  90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica, 22. Musa Qurbanlı