Çempionlar Liqası

ÇL-in finalını o idarə edəcək

Sloveniyalı referi Slavko Vinçiç Çempionlar Liqasının finalında keçiriləcək “Real Madrid” – “Borussiya Dortmund” matçına baş hakim təyin edilib.

Aut.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Bu görüşdə Vinciçin köməkçiləri onun həmyerliləri olacaq: Tomaz Klancnik və Andraz Kovacic. Ehtiyat hakim: Fransua Leteksier (Fransa). VAR hakimi Neyc Kajtazovic, köməkçisi Rade Obrenovic (hər ikisi Sloveniya).

Qarşılaşma iyunun 1-də Londonda, “Uembli” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Aut.az