“Qovduqları üçün ona pul vermişdilər, geri gətirmək üçün də ödəniş etmək istəyirlər?”
“Liverpul”un sabiq futbolçusu Denni Merfi hesab edir ki, Ole-Qunnar Sulşerin “Mançester Yunayted”ə qayıtması məqsədəuyğun deyil.
Aut.az xəbər verir ki, klub Rüben Amorimin işdən çıxarılmasından sonra mövsümün sonuna qədər Sulşeri müvəqqəti məşqçi təyin etməyi nəzərdən keçirir. Merfi bu varianta belə münasibət bildirib:
“Ole-Qunnar Sulşerin qayıtması barədə söz-söhbətlər sadəcə dəlilikdir. “Mançester Yunayted” bir neçə il əvvəl qovulduğu üçün ona ödəniş etdi, indi isə onu geri gətirmək üçün pul ödəmək istəyirlər? Bu, absurd görünür, xüsusilə də əlinizdə Maykl Kerrik, Darren Fletçer kimi layiqli məşqçilər var. Nəhayət, azarkeşlərin yenidən görmək istədiyi Roy Kinə kimi biri mövcuddur.
Bəziləri bunu xaotik hesab edə bilər, amma o liderdir. Onlara hamını ruhlandıracaq biri lazımdır və mən əmin deyiləm ki, Sulşer bunu bacarar. Hazırda “Mançester Yunayted” yenidən ciddi dəyişikliklər yaşayır.”
Aut.az
