“Messinin bu yaşda bunları etdiyini görməmişəm”
“Real”ın sabiq yarımmüdafiəçisi Quti “Barselona”nın 17 yaşlı ulduzu Lamine Yamal haqda danışıb.
Aut.az xəbər verir ki, Yamalın Messidən daha yaxşı olduğuna inanır:
“Yamal mənim gördüyüm işlərdən işıq illəri qabaqdadır. O, ən yaxşıdır? Ən yaxşı olmaq nə deməkdir? Ən yaxşı olmaq hər matçda ən yaxşı olmaq deməkdir və o, hər matçda ən yaxşı deyil.
O, eynilə Kilian Mbappe və ya Vinisius Junior kimidir. Onun böyük istedadı var və biz tez-tez necə qol vurmamasından danışırıq. Lakin Lamin ötürmələri ilə matçların nəticəsini həll edə bilir. Bir ötürmə ilə oyuna təsir edə bilən oyunçudur.
Messinin bu yaşda bunları etdiyini görməmişəm. Yamal La Liqanın ulduzudur, amma hələ də gəncdir. O, hazırda “Barselona” üçün etalondur”.
Aut.az
