Azərbaycan futbolu

“Turan Tovuz” – “Traktor” oyunu baş tutmayacaq – RƏSMİ AÇIQLAMA

“Turan Tovuz”un Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində 29 iyul tarixində “Traktor”la keçirilməsi nəzərdə tutulan yoxlama oyunu baş tutmayacaq.

Aut.az xəbər verir ki, bu barədə qərb təmsilçisi məlumat yayıb.

Səbəb kimi komandaların planlarında baş verən dəyişiklik kimi göstərilib. “Komandaların hazırlıq planındakı dəyişiklik və bizdən asılı olmayan səbəblərdən baş tutmayacaq. Futbol ictimaiyyəti və azarkeşlərimizdən mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edirik”, – deyə “Turan Tovuz”un açıqlamasında bildirilib.

Aut.az