Arda Turan Türkiyədən narazı qayıdır: Daha çox qol vurmalıydıq
Donetsk “Şaxtyor”unun baş məşqçisi Arda Turan komandasının Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Beşiktaş” üzərində qazandığı qələbədən danışıb.
Aut.az xəbər verir ki, mütəxəssis UPL TV-yə danışıb.
“Əlbəttə, doğma ölkəm olan Türkiyədə qələbə qazanmaq çox vacib idi, amma hələ heç nə həll olunmayıb. Qarşılaşmada olan müsbət cəhətləri görürük, lakin qapımıza vurulan qollara da baxmalıyıq. Bu yolverilməzdir.
Hücumun əla olduğunu deyirsiniz, amma daha çox qol vurmalıydıq. Əgər həqiqətən də yüksək səviyyədə oynamaq istəyirsənsə, əldə etdiyimiz şanslardan yararlanmalıyıq”, – Turan bildirib.
Aut.az
