19 yaşlı futbolçu ardıcıl ikinci dəfə ən yaxşı seçildi
“Bavariya”nın yarımmüdafiəçisi Aleksandr Pavloviç ardıcıl ikinci ay komandanın ən yaxşı oyunçusu seçilib.
Aut.az xəbər verir ki, fevralın nəticələrinə əsasən keçirilən azarkeş səsverməsində 19 yaşlı Pavloviç 29% toplayaraq Camal Musiala (18,5%) və Harri Keyni (14%) qabaqlayıb.
Qeyd edək ki, Pavloviç yanvarda da “Bavariya”nın ən yaxşısı kimi tanınıb. Ondan əvvəl Harri Keyn ardıcıl üç dəfə bu mükafatı alıb.
