Almaniya

“Bavariya” onu klubun siması etmək istəyir

“Bavariya”nın baş direktoru Yan-Kristian Dresen yarımmüdafiəçi Camal Musialanın komandadakı gələcəyi haqda danışıb.

Aut.az xəbər verir ki, o, bu sözləri deyib:

“Əlbəttə, biz dünyanın ən yaxşı oyunçularından biri ilə müqaviləni yeniləmək istəyirik. Mən həqiqətən ümid edirəm ki, yaxşı danışıqlar sazişin müddətinin uzadılmasına gətirib çıxaracaq. Biz onun klubun simalarından birinə çevrilməsini istəyirik”.

Qeyd edək ki, 21 yaşlı Musialanın “Bavariya” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm yarımmüdafiəçi 14 matçda iştirak edib, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

Aut.az