Razılaşdı, “Yunayted”ə keçir
“Bavariya”nın müdafiəçisi Mattis de Liqt “Mançester Yunayted”in futbolçusu ola bilər.
Aut.az “Daily Mail”ə istinadən bildirir ki, holland müdafiəçi transferə razılıq verib. Müdafiəçi “Ayaks”ın keçmiş baş məşqçisi Erik ten Haqla yenidən birgə işləmək istəyir.
“Mançester Yunayted” futbolçu üçün 50 milyon avro və bonuslar təklif etdiyi “Bavariya” ilə razılığa gələ bilsə, keçid mümkün olacaq. De Liqtin özünə 5 illik müqavilə təklif olunub.
“Bavariya” da öz növbəsində Leverkuzen “Bayer”dən Conatan Tanı almağa çalışaraq müdafiə xəttini gücləndirmək istəyir.
Aut.az
