Bu, bizim gizli silahımız idi – Jesus nəyi deyir?
“Arsenal”ın hücumçusu Qabriel Jesus bu mövsüm standart zərbələrdən vurulan qolların sayının çoxluğundan danışıb. “Topçular” Premyer Liqanın bitməsinə bir oyun qalmış çempion olublar. 37 oyundan sonra londonluların 82 xalı var və “Mançester Siti”dən dörd xal öndədirlər.
Aut.az xəbər verir ki, ESPN Jesusdan sitat gətirib:
“Həvəskar liqalarda böyümüş bir braziliyalı olaraq, əvvəlcə bu cür taktikalara qarşı ehtiyatlı idim. Amma bu, futbolun ayrılmaz hissəsidir. Biz sadəcə standart zərbələrdən qol vurmadıq – baxmayaraq ki, bu aspektdə xeyli qol vurduq. Onlar bizim gizli silahımıza çevrildi: həm hücumda, həm də müdafiədə kömək oldu, çünki fiziki hazırlıq Premyer Liqada böyük rol oynayır.
Digər klublar da aktiv şəkildə standart zərbələrdən istifadə edirlər. Məsələn, ötən mövsüm “Liverpul” standart zərbələrdən çoxlu sayda vuraraq çempion oldu – baxmayaraq ki, bizim qədər çox qol vurmadı. Ona görə də ümumilikdə bu, məni narahat etmir”.
Aut.az
