“Arsenal” “Barselona”nın futbolçusunu hədəfə aldı
“Arsenal” “Barselona”nın fransalı müdafiəçisi Jül Kunde ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes.net” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçu “topçular”ın əsas hədəfinə çeverilib. “Arsenal”ın baş məşqçi Mikel Arteta fransalı müdafiəçinin gəlişi ilə arxa xətti tam gücləndirməyi planlaşdırır.
“Barsa” futbolçu ilə yolları ayırmaq istəmir. Lakin klubdakı ağır maliyyə vəziyyəti ilə əlaqədar 50 milyon avrodan yüksək təklifləri nəzərdən keçirməyə hazırdır.
2024/25 mövsümündə Jül Kunde “Barselona”da 5 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 45 milyon avro olaraq qiymətləndirir.
Aut.az
