“Adidas” ÇL-in finalı üçün ona xüsusi buts hazırlayıb – FOTOLAR
“Adidas” Çempionlar Liqasının finalı üçün Kroosa xüsusi ağ və qızılı rəngdə butslar hazırlayıb.

Xüsusi butslar – xüsusi dizayn! Ayaqqabıların üzərində əlavə məlumatlar da var. Toninin həyat yoldaşı və uşaqlarının adları, eləcə də matç haqqında məlumat – Çempionlar Liqasının finalı 2024, 1 iyun, London.


Bundan əlavə, idman ayaqqabısının dabanında Almaniya bayrağı çap olunub və “11Pro” adındakı “O” hərfində Çempionlar Liqasının loqosu var.

Lakin Toni çətin ki, “Borussiya” ilə oyunda yeni ayaqqabını geyinsin. Kroos “Uembli”də son məşqini köhnə ağ və qızılı “Adipur 11Pro” butslarında keçirib.

2022-ci ildə də “Adidas” Çempionlar Liqasının finalı üçün almana xüsusi butslar da hazırlamışdı, lakin yarımmüdafiəçi meydana köhnə ayaqqabılarla çıxmışdı.

