İspaniya

“Kayrat”la oyunda meydanı tərk edən Vinisius niyə deyinirmiş?

“Real Madrid” in cinah oyunçusu Çempionlar Liqasının ikinci turunda “Kayrat” la oyuna start heyətində (5:0) başlayıb və 70-ci dəqiqədə meydanı tərk edib. Onu Brahim Dias əvəzləyib.

Aut.az SER-ə istinadən xəbər verir ki, braziliyalı əvəzlənməsindən narazı qalıb və meydanı deyinə-deyinə tərk edib.

Xatırladaq ki, daha əvvəl Vinisius La Liqanın 5-ci turunun “Espanyol”la oyununda (2:0) əvəzlənəcəyini görüncə, su butulkasını yerə çırpıb və nümayişkaranə şəkildə əllərini qaldırmışdı.

Aut.az