“Real” tarixinin ən yaxşıları açıqlandı
“FourFourTwo” nəşri “Real” tarixinin ən yaxşı futbolçularının reytinqini dərc edib.
Aut.az xəbər verir ki, siyahıya Madrid klubunun tarixinin bombardiri və beş “Qızıl top”un sahibi Kriştiano Ronaldo başçılıq edir.
Portuqaliyalı ulduzu beşqat Avropa kubokunun qalibi Alfredo Di Stefano izləyir. Ronaldonun “qalaktikos”dakı sabiq baş məşqçisi və klubun əfsanələrdinən biri olan Zinəddin Zidan üçüncüdür.
“Real” tarixinin ən yaxşı 10 futbolçusu:
1. Kri.tiano Ronaldo
2. Alfredo Di Stefano
3. Zinəddin Zidan
4. Serxio Ramos
5. İker Kasilyas
6. Fransisko Hento
7. Raul Qonzales
8. Santyaqo Bernabeu
9. Ferens Puşkaş
10. Luiş Fiqo
