Onu transfer etməyə pul tapa bilmirlər
“Borussiya Dortmund” icarə əsasında komandada çıxış edən vinger Ceydon Sançonu məxsus olduğu “Mançester Yunayted”dən ala bilməyəcək.
Aut.az xəbər verir ki. buna səbəb 24 yaşlı futbolçunun qiyməti çox yüksək olmasıdır. Almaniya təmsilçisinin bu qədər xərcə düşmək və bücdəsini çətin vəziyyətə salmaq istəmir. Bu barədə “Sky Sports” məlumat yayıb.
Bildirilir ki, MY Sançoya görə “arılar”dan 35 milyon avro tələb edir. Bu klublar arasında imzalanan müqavilədə də əks olunub.
Sanço bu ilin yanvarında Dortmund klubuna keçib. Hücumçu bu mövsüm bütün turnirlərdə 23 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun ingilis klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.
Aut.az
