Çempionlar Liqası

Meydana girən azarkeşlərin Rusiyada axtarışda olan şəxslə nə əlaqəsi? – VİDEO

Hazırda Londonda (İngiltərə) “Uembli” stadionunda Çempionlar Liqasının finalında “Real”la “Borussiya” qarşılaşır.

Aut.az xəbər verir ki, oyun başlayandan az sonra iki azarkeş meydana girib.

Onların hər ikisinin köynəklərində bu yaxınlarda Rusiyada axtarışa verilən belaruslu blogerin ləqəbi – “Mellstroy” yazılıb.

Qeyd edək ki, belaruslu bloger ÇL-in finalında meydana çıxacaq azarkeşə 30 milyon rubl mükafat vəd etmişdi.

Meydana girən azarkeşlərin Rusiyada axtarışda olan şəxslə nə əlaqəsi? - VİDEO

Aut.az