Dünya futbolu

Donnarummadan gələcəyi ilə bağlı mesaj: Evimdir

PSJ-nin qapıçısı Canluici Donnarumma gələcəyindən danışıb.

Aut.az xəbər verir ki, italyan Paris klubunda qalmaq istədiyini qeyd edib.

“Bəli, ümid edirəm ki, burada qalıb başladığım işi davam etdirəcəyəm. Bura mənim evimdir. Burada özümü çox, çox yaxşı hiss edirəm. Ümid edirəm ki, Parisdə yaxşı işi davam etdirəcəyəm”, – Fransanın “Le Parisien” onlayn nəşri Donnarummanın sözlərindən sitat gətirib.

Xatırladaq ki, italiyalı qolkiper 2021-ci ilin yayında “Milan”dan ayrılaraq azad agent kimi PSJ-yə keçib. Donnarummanın parislilərlə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.

Aut.az