Dünya futbolu

Avropada ən yaxşılar bəlli oldu

“Goal” Avropada 2022/23 mövsümünün ən yaxşı futbolçularının adlarını açıqlayıb.

Aut.az xəbər verir ki, “köhnə qitə”nin ən yaxşısı adına “Mançester Siti”nin hücumçusu Erlinq Haland layiq görülüb. İngiltərə çempionunun digər üzvü Kevin de Bruyne ikinci olub. İlk “üçlüy”ü “Real”ın ulduzu Vinisius Junior qapayır.

Qeyd edək ki, PSJ-nin formasını geyinən Lionel Messi cədvəldə 9-cu yeri tutub.