Cəmi 15 yaşı var: “Real” ingilis super istedadı hədəfə aldı
“Lester”in U-18 komandasında çıxış edən ingilis cinah oyunçusu Ceremi Monqa “Real Madrid”in diqqətini çəkir.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 15 yaşlı istedadı “Çelsi” və “Mançester Siti” izləyir, lakin Madrid nəhəngləri də futbolçu uğrunda mübarizəyə qoşulub. İngilis klubları Ceremi üçün transfer tələbləri irəli sürüb, lakin Monqla müqavilə bağlamaq üçün səy göstərməyə hazır olan “Real Madrid”in marağı futbolçunun ətrafında vəziyyəti dəyişir. “Lester” isə öz oyunçusu ilə asanlıqla ayrılmaq istəmir.
Bu mövsüm Ceremi Monqa 14 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aut.az
